Britaniya İsraili Fələstini tanımaqla hədələyibbackend

Britaniya hakimiyyəti İsrailin Qəzza zolağında hərbi əməliyyatını dayandırmayacağı təqdirdə, payızda Fələstin dövlətini rəsmən tanımaq niyyətindədir.

Bu barədə TASS Böyük Britaniyanın baş naziri Key Starmerin ofisinə istinadən məlumat yayıb.

Bəyanatda deyilir: “İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyətə son qoymaq üçün əhəmiyyətli addımlar atmasa, sentyabr ayında BMT Baş Assambleyası qarşısında Fələstin Dövlətini tanıyacağıq”.