Britaniya Kiprə altı qırıcı təyyarə göndərdibackend

“The Times” qəzetinin məlumatına görə, Böyük Britaniya hökuməti İran ətrafında artan gərginlik səbəbindən Kiprdəki Akrotiri hava bazasına əlavə qırıcı təyyarələr yerləşdirib.

Qəzetin məlumatına görə, 6 fevralda İngiltərənin şərqindəki Marham hava bazasından havaya qalxan Kral Hava Qüvvələrinə məxsus altı F-35B qırıcı təyyarəsi Yaxın Şərqdə mümkün eskalasiya gözlənildiyi üçün Kiprə yerləşdirilib. Hazırda Akrotiri hava bazasında “Eurofighter Typhoon” qırıcı təyyarələri də yerləşdirilib.

Bir gün əvvəl “The Wall Street Journal” qəzeti Tehranın uranın zənginləşdirilməsindən imtina etmək və ya prosesi başqa bir ölkəyə ötürmək niyyətində olmadığını bildirib.