Britaniya müdafiəyə milyardlarla dollar xərcləyəcəkbackend

Britaniya hərbi islahatlara 68 milyard funt sterlinq xərcləyəcək.

Bu barədə Financial Times məlumat yayıb.

Nəşrin materialına görə, britaniyalı ekspertlər müdafiə xərclərinin adi vətəndaşlara təsir edəcəyini vurğulayırlar. Keçmiş xarici işlər naziri Cek Stro Böyük Britaniyada vergilərin qaçılmaz olaraq artacağını bildirib.

RİA Novosti-nin icmal məqaləsində bildirilir ki, 2027-ci ilə qədər ölkədə müdafiə xərcləri ÜDM-in 2,33%-dən 2,5%-ə, yeni parlament seçkilərindən sonra isə 3%-ə yüksələcək.

İyunun 2-də Böyük Britaniyanın baş naziri Keir Starmer ölkənin nüvə başlıqları arsenalının modernləşdirilməsi proqramına 15 milyard funt-sterlinq (20 milyard dollar) xərcləyəcəyini açıqlayıb. O, belə modernləşdirmənin “gələcək onilliklərdə nüvə qarşısının alınmasını təmin etmək” üçün zəruri olduğunu bildirib.