Britaniya Mühafizəkarlarının lideri ölkənin dünyadan geri qaldığını bildiribbackend

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok hesab edir ki, ölkə dünyanın qalan hissəsindən geri qalır və durğunluq yaşayır.

“Biz Polşa kimi iqtisadi cəhətdən uğurlu ölkələrlə rəqabət aparırıq. Əgər 15 il əvvəl polşalı işçilər buraya yeni imkanlar axtarmaq üçün gəlirdilərsə, indi Polşa bizdən iki dəfə sürətlə böyüyür. Britaniya qadının nə olduğunu müəyyənləşdirməklə məşğul olduğu halda, Çin beş nüvə reaktoru tikirdi”, – Badenok deyib.

O, həmçinin əlverişsiz ölkələrdən milyonlarla insanın Böyük Britaniyaya gəlmək istədiyini iddia edərək, Leyboristlər hökumətinin immiqrasiya siyasətini tənqid edib.