Britaniya hökuməti münaqişə bitdikdən sonra Ukraynaya sülhməramlılar kimi əsgər göndərməlidir.
“The Telegraph” xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş müdafiə nazirləri Qrant Şapps və Qavin Uilyamson deyib.
Şappsın sözlərinə görə, Ukrayna tərəfi həqiqətən də hərbi personal göndərməlidir. O, baş nazir Keir Starmerin seçildikdən sonra heç vaxt Kiyevə gəlmədiyini, buna baxmayaraq dəfələrlə dünyanı gəzdiyini vurğulayıb.
Uilyamson deyib ki, gələcəkdə Ukraynanın təhlükəsizliyinə kənardan dəstək lazımdır. O əlavə edib ki, dəstəyi NATO və ya etibarlı tərəfdaş sayıla biləcək dövlətlər verə bilər.