Böyük Britaniya köhnə Vanguard sinifli sualtı qayıqlarını əvəz edəcək və nüvə başlıqlarını təkmilləşdirəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin növbəti illər üçün inkişafı üzrə dərc olunmuş planda deyilir.
Sənəddə xatırladılır ki, 2016-cı ildə Böyük Britaniya parlamenti nüvə qarşısının alınması qüvvələrinin təkmilləşdirilməsinə və Vanguard sinifli sualtı qayıqların dörd yeni Dreadnought sinifli sualtı qayıqla əvəzlənməsinə səs verib. Bu tipli ilk sualtı qayıq 2030-cu illərin əvvəllərində istifadəyə veriləcək.
“Dreadnought tipli [sualtı qayıqların] bütün istismar müddəti ərzində qarşısının alınmasının effektivliyini təmin etmək üçün biz nüvə başlıqlarımızı da dəyişdirəcəyik”, planda deyilir və ölkədə sualtı qayıqların və əvəzedici döyüş başlıqlarının hazırlanaraq yaradıldığı qeyd edilir.
Mənbə: TASS

