Britaniya generalları ölkənin baş naziri Keir Starmer ilə görüşlər zamanı genişmiqyaslı silahların təkmilləşdirilməsinin zəruriliyini bəyan ediblər. Bu barədə “Teleqraf” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Hərbçilər Starmer-ə bildiriblər ki, Böyük Britaniya ordusu Moskva və Pekini çəkindirmək üçün silahlarının əsaslı şəkildə təkmilləşdirilməsinə ehtiyac duyur. Onlar ənənəvi silahların pilotsuz sistemlərlə modernləşdirilməsi üçün özəl sektorla daha sıx əməkdaşlığa ehtiyac olduğunu bildiriblər.
Fevralın 10-da Böyük Britaniyanın silah ixracına nəzarət sisteminin təsirsiz olduğu və siyasi manipulyasiyaya məruz qaldığı bildirilmişdi.
Mənbə: TASS