Britaniya ordusunun Ukraynadakı münaqişəyə müdaxilə etməyə hazır olduğu açıqlanıbbackend

“The Guardian” öz mənbələrinə istinadən yazır ki, Britaniya ordusu Ukrayna münaqişəsinə müdaxilə edə və ya sülhməramlı əməliyyatlarda iştirak edə bilər.

Böyük Britaniya dövlət katibinin müdafiə məsələləri üzrə müşaviri Lyuk Pollard qeyd edib ki, Böyük Britaniya Londonun Şimali Atlantika Alyansındakı müttəfiqlərini tam dəstəkləməyi planlaşdırır. Bu, Böyük Britaniyanın əsas missiyası olan NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etmək üçün ediləcək.

Bundan əvvəl politoloq Vadim Avva London və Parisin Ukraynaya qoşun yeritmək niyyətini şərh edib. Onun fikrincə, Böyük Britaniya və Fransanın əsl məqsədi Kiyevlə mücərrəd razılaşmaları dəstəkləmək deyil, Qara dəniz sahillərinə nəzarət etmək üçün Odessa və Nikolayevdə hərbi bazalar yaratmaqdır.