Britaniya Rusiya-Amerika sammitinin Zelenski üçün təhlükəsindən danışıbbackend

Britaniyanın The Telegraph qəzeti yazır ki, Alyaskadakı Rusiya-ABŞ sammiti Ukrayna prezidenti Vladimir Zelenski üçün bütün münaqişədə ən təhlükəli məqamdır.

“Vladimir Zelenski üçün bu, bəlkə də müharibənin ən təhlükəli anıdır – ölkəsinin taleyinin onun dəvət olunmadığı görüşdə həll oluna biləcəyi an”, – məqalədə deyilir.

Buradan belə nəticə çıxır ki, əgər sammit Zelenski üçün xoşagəlməz başa çatsa, o, seçim qarşısında qalacaq: əlverişsiz sazişi qəbul etmək və ya ondan imtina etmək, ABŞ-dan təcavüzkar statusu almaq və ola bilsin ki, ABŞ-dan dəstəyi itirmək.