Britaniya Rusiyanı danışıqlar masasına oturtmaq istəyirbackend

Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına oturmalıdır. “The Independent” yazır ki, bunu Britaniyanın xarici işlər naziri İvet Kuper deyib.

“Əlbəttə, hələ çox iş görülməlidir, lakin ən əsası odur ki, Rusiya Ukraynanı bombalamağı dayandırmaq üçün indi danışıqlar masasına oturmalıdır”, – o vurğulayıb.

Kuper Ukraynada “davamlı” sülhün təmin edilməsi zərurəti ilə bağlı Avropa ölkələrinin mövqeyini təkrarlayıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyi bu barədə ABŞ-ın münaqişənin həlli üçün sülh planı üzrə danışıqların gedişində açıqlama verib.