Britaniya Rusiyanın keçmiş qubernatorunu sanksiyalardan yayınmaqda ittiham edirbackend

Britaniya məhkəməsi Sevastopolun keçmiş qubernatoru Dmitri Ovsyannikovu sanksiyalardan yayınmaqda təqsirli bilib.

Bu barədə Times qəzeti yazır.

“Ovsyannikov sanksiyaları pozmaqda təqsirli bilinib”, – nəşr Southwark Crown Məhkəməsinin qərarına istinadən yazır.

İstintaqın məlumatına görə, Ovsyannikov arvadı Yekaterina Ovsyannikovadan qanunsuz olaraq ümumilikdə 76 min funt sterlinq alıb. Ovsyannikova qarşı ittihamlar arasında həm də qardaşından “Mercedes” almaq və sığortalamaq üçün pul almaq da var.