Britaniya Rusiyaya qarşı güc tətbiq etməklə hədələyibbackend

NATO hava məkanı “Rusiya pilotsuz təyyarələri” tərəfindən pozularsa, Böyük Britaniya güc tətbiq edə bilər.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Rusiya başa düşməlidir ki, davam edən təcavüz yalnız NATO müttəfiqlərinin birliyini və Ukraynanı dəstəkləmək əzmimizi gücləndirir və hər hansı növbəti müdaxilə yenidən güclə qarşılanacaq”, – bəyanatda deyilir.

Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin Polşa və Rumıniyada dronlarla bağlı insidentlərdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb. London Polşa ərazisi üzərində PUA-ların buraxılmasında Rusiyanın iştirakını sübut edə bilmədi. Kelin qeyd edib ki, britaniyalılara Ukrayna rəhbərliyinin “yalançı bayraq altında” belə bir əməliyyat keçirməsi üçün bir sıra səbəblərin və imkanların mövcudluğu xatırladılıb. İngilislərin də buna qarşı arqumentləri yox idi.