Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Toni Radakin Rusiyanın NATO ilə döyüşmək istəmədiyini bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Rusiya NATO ilə döyüşmək istəmir, Rusiya da nüvə müharibəsi istəmir və biz buna həqiqətən əmin olmalıyıq”, – Radakin bildirib.
Onun fikrincə, Rusiyanın hərbi münaqişəyə girmək istəməməsi guya alyansın gücü və çəkindirmə qabiliyyəti ilə bağlıdır. Böyük Britaniyanın Müdafiə Qərargahının rəhbəri həmçinin vurğulayıb ki, ABŞ öz nüvə qalxanı ilə təmin etməklə Avropanın təhlükəsizliyinin təminatçısı kimi xidmət etməyə davam edir.
Bundan əvvəl Radakin NATO-ya üzv ölkələrin hərbi xərcləri artırmaqdan imtina etsələr, rus dilini öyrənməli olub-olmayacağı ilə bağlı sualı rus dilində cavablandırıb.