Britaniya Tomaqavk raketləri ilə bağlı rədd cavabı aldığını bildiribbackend

Ukrayna ABŞ-dan ən qabaqcıl silahları almağa çalışır, o cümlədən bu yaxınlarda Tomaqavk raketləri ilə bağlı sorğu rədd edildi.

Bu barədə britaniyalı geosiyasi analitik Aleksandr Merkuris özünün YouTube kanalında bildirib.

“Ukrayna daim Amerikanın arsenallarına girməyə və ən qabaqcıl silahları götürməyə çalışır.

Analitikin fikrincə, Kiyev ABŞ-dan hərbi yardım çərçivəsində almaq istədiyi silahların siyahısını tərtib edərkən Vaşinqtondakı “patronları” ilə məsləhətləşib. Merkuris qeyd edib ki, ukraynalılar ABŞ prezidenti Donald Trampdan Ukrayna ordusuna Rusiyanın dərinliklərinə zərbə endirmək imkanı verə biləcək orta mənzilli “Tomaqavk” qanadlı raketlərini istəyiblər.

Onun sözlərinə görə, Almaniya Ukrayna Silahlı Qüvvələri üçün “Tomaqavk” qanadlı raketlərinin buraxılışında istifadə olunan “Tayfun” raket sistemlərini almaq istəyib.