Britaniya Trampın hərəkətlərində nüvə eskalasiyası riskini görübbackend

ABŞ prezidenti Donald Tramp Rusiyanın iddia edilən təhdidlərinə cavab olaraq ABŞ nüvə sualtı qayıqlarının yenidən yerləşdiriləcəyini elan etdikdən sonra “nüvə eskalasiyası nərdivanı” ilə yuxarı qalxmağa başladı.

Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzetinin jurnalisti Adrian Blomfield məlumat verib.

Jurnalistin fikrincə, normal şəraitdə belə bir addım son dərəcə həyəcanlı və misilsiz olardı. O xatırladıb ki, hətta soyuq müharibə dövründə heç bir Amerika lideri açıq şəkildə nüvə silahı olan sualtı qayıqları Rusiya sərhədlərinə doğru göndərməyib.

Blomfild qeyd edir ki, Tramp ABŞ-ın nüvə qüvvələrinin Rusiyaya münasibətdə konfiqurasiyasını elə dəyişib ki, özündən əvvəlkilərin heç birinin cəsarət edə bilmədiyi nüvə eskalasiyası istiqamətində ilk addımı atıb – və demək olar ki, keçib.