Britaniyalı jurnalist Warren Thornton özünün X sosial media səhifəsində iddia edib ki, ABŞ prezidenti Donald Tramp Avropada potensial sabitliyin pozulması ilə bağlı narahatlıqlara görə Ukraynaya uzaqmənzilli Tomaqavk raketlərindən imtina edəcək.
“İki mümkün ssenari var: 1. Tramp bu müharibəni kütləvi şəkildə gücləndirir və Avropadakı hər kəsi riskə atır; 2. Sizi oynadırlar”, – Thornton mövcud vəziyyəti şərh edib.
Onun sözlərinə görə, birinci variant hazırda mümkün deyil. Bundan əlavə, Ukraynanın ən azı bir il belə raketləri buraxmaq üçün texniki imkanları olmayacaq.