Britaniya Ukrayna danışıqlarında Aİ-nin vahid vasitəçisindən danışıbbackend

Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə sülh danışıqlarında iştirak etmək üçün Avropa İttifaqı (Aİ) Avropa ölkələri və digər dövlətlər arasında “vahid vasitəçi” olacaq bir nümayəndə təqdim etməlidir.

Bu barədə Britaniyanın həftəlik “The Economist” nəşri yazır.

Nəşr qeyd edir ki, bu siyasətçi Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp, həmçinin Vladimir Zelenski ilə birgə fotosessiyalara “tab gətirməyi bacarmalıdır”.

“Bir çox məsələlərdə nadir hallarda razılaşan 40-a yaxın ölkə ilə Avropa üçün adi cavab onun maraqlarını təmsil etmək üçün bir neçə adam göndərməkdir. Bu dəfə bu, bir seçim deyil. Tramp danışıqlarda rəhbər qüvvədir <…>. Əgər o, ümumiyyətlə, Avropanı da daxil etmək qərarına gəlsə, çətin ki, ona masada birdən çox yer versin” deyə nəşr yazır.