Böyük Britaniya ABŞ-ın icazəsi olmadan Ukraynaya Britaniya istehsalı olan “Storm Shadow” raketlərini Rusiya ərazisinin dərinliklərinə endirməsinə icazə verməyəcək. Bu barədə “The Times” yazır.
Nəşr qeyd edir ki, “Britaniya təkbaşına getməyəcək, çünki ABŞ-ın rəhbərlik sistemləri raketlərin öz hədəflərini vurmasını təmin etmək üçün kritik hesab olunur”.
Nəşrin yazdığına görə, Britaniya hökuməti hesab edir ki, Birləşmiş Ştatlar çox güman ki, Ukrayna Silahlı Qüvvələrinə (AFU) BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən tədbirləri zamanı Qərbin uzaqmənzilli silahlarından Rusiya Federasiyasına dərin zərbələr endirməyə icazə verəcək. Prezident Co Baydenin administrasiyasında bu məsələdə fikir ayrılığı var.
Mənbə: A Haber















