Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ölkələri öz qoşunlarını Ukraynaya göndərmək planlarını təxirə salıblar.
Bu barədə Britaniyanın “The Telegraph” qəzeti mənbələrə istinadən yazır.
Məqalədə deyilir: “ABŞ prezidenti]Donald Trampın müharibəyə son qoymaq üçün danışıqlar aparmaq cəhdləri uğursuzluğa düçar olduğu üçün Britaniya və Avropa minlərlə hərbçini Ukraynaya yerləşdirmək planlarını dayandırıb”.
Jurnalistlər qeyd ediblər ki, indi “istəklilər koalisiyası” Ukraynanı köhnəlmə münaqişəsində dəstəkləməyə yönələcək. Məqalə müəlliflərinin fikrincə, belə bir qərar Avropa ölkələrinin planlarının yumşaldılmasıdır.