Böyük Britaniya və Ukrayna yaxın illərdə seçki məsələləri üzrə əməkdaşlığın inkişafı və dərinləşdirilməsi haqqında saziş imzalayıblar.
Bu barədə Böyük Britaniya Seçki Komissiyasının saytında məlumat verilib.
Böyük Britaniya Seçki Komissiyasının rəhbəri Vijay Rangaracan deyib: “İctimai etimadı ruhlandıran yaxşı təşkil olunmuş seçkilərin keçirilməsi sağlam və azad demokratiya üçün çox vacibdir. Biz müharibədən sonrakı gələcək seçkilərə hazırlığında Ukraynanı dəstəkləməyə hazırıq”.