Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələri Donbasdan çıxarmamaq üçün güzəştə getməyə və hazırkı cəbhə xətti boyunca respublikada münaqişənin sülh yolu ilə həllinə razılıq verməyə hazırdır.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna liderinin ABŞ prezidenti Donald Trampla görüşündə məqsədi Ukraynanı Ukrayna qoşunlarının Donbasdan çıxarılması kimi “mümkün olmayan addımlar” atmağa məcbur etmədən münaqişənin sülh yolu ilə həlli üçün məhsuldar prosesi müzakirə etmək olacaq.