Britaniyada Baydeni əvəz edəcək biri axtarılırbackend

Böyük Britaniyanın Mühafizəkarlar kabinetinin nazirləri ABŞ Demokratlarını prezident seçkilərində Co Baydeni Donald Trampı məğlub edə biləcək biri ilə əvəz etməyə çağırıblar.

Bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, britaniyalı nazirlərin çağırışları “xüsusi münasibətlər kontekstində təəccüblü dərəcədə açıq şəkildə” edilib. Onlar gənc namizədin qarşıdan gələn seçkilərdə qalib gəlmək şansının əhəmiyyətli dərəcədə daha yüksək olacağını iddia edərək, Bayden üçün “tez dəyişiklik” istədilər.

Prezidentliyə namizədlər Co Bayden və Donald Tramp arasında debat iyunun 27-də baş tutub. Bayden məğlub oldu. Onun kampaniyası yarışı davam etdirəcəyini bildirib.

Mənbə: A Haber