Britaniyada ilk dəfə qonur ayı üzərində beyin əməliyyatı edilibbackend

Boki adlı qonur ayı İngiltərədə ilk beyin əməliyyatından sonra uğurla sağalır. Bu barədə The Guardian Conservation Trust nümayəndələrinə istinadən yazır.

“Boki hələ də problemdən qurtulmayıb, lakin yığılan mayenin boşaldılması üçün əməliyyatdan sonra yaxşılaşır”, – nəşr bildirib.

Xeyriyyə təşkilatının bildirdiyinə görə, MRT müayinəsi ayıda hidrosefaliya, beyində maye yığılması olduğunu göstərdi. Nəşrin məlumatına görə, qonur ayı Boki indi özünə gəlib və əməliyyatdan sonra özünü “gözlənilən qədər yaxşı” hiss edir.

Ayının beynindən mayenin boşaldılması əməliyyatını baytar cərrah və vəhşi təbiət üzrə mütəxəssis Romain Pizzi həyata keçirib. Əməliyyat Kentdəki Canterbury yaxınlığında yerləşən Wildwood Trust adlı vəhşi təbiət parkında baş tutub.

Mənbə: Haberler.com