Britaniyada keçmiş polislər Meqan Markl haqqında irqçi zarafatlara görə şərti cəza alıblarbackend

İngiltərədə 6 keçmiş polis zabiti WhatsApp vasitəsilə irqçi mesajlar göndərdiklərinə görə qısamüddətli şərti cəzalara və ictimai işlərə məhkum ediliblər. Daily Mail xəbər verir ki, bu mesajlara Şahzadə Diana, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kimi şəxsiyyətlər daxildir.

Müttəhimlər əvvəllər London polisində müxtəlif vəzifələrdə çalışıb, parlamentarilərin və diplomatların müdafiəsi bölməsində xidmət ediblər. Onların hamısı 2001-2015-ci illər arasında təqaüdə çıxıblar və irqçi mesajların mübadiləsi zamanı artıq xidmətdə deyildilər.

Cümə axşamı günü altı keçmiş polisin hamısına altı həftədən 14 həftəyə qədər şərti həbs cəzası verildi. Onların hər birinə 100 saatdan 200 saata qədər ictimai işlər də təyin edilib.

Mənbə: Gazeta.ru