Britaniyada Müdafiə Nazirliyinin yeni rəhbərini “nüvə silahı anbarında oynayan uşaq”la müqayisə ediblər

“The Times” yazır ki, Qrant Şappsın Böyük Britaniyanın müdafiə naziri vəzifəsinə təyin edilməsi hakim Mühafizəkarlar Partiyasının bir çox deputatları, kral silahlı qüvvələrinin nümayəndələri və hətta hökumət üzvləri arasında təəccüb və skeptisizm yaradıb.

Kabinetin adı açıqlanmayan yüksək səviyyəli üzvlərindən biri keçmiş Energetika və Karbon Neytrallığı Departamentinin rəhbəri olan Şappsın irəli çəkilməsini “nüvə silahı anbarında oynayan uşağı” mükafatlandırmaqla müqayisə edib. Digər həmsöhbət Şappsın hərbi təcrübəsinin olmadığını qeyd edib

Bəzi Mühafizəkar deputatlar vurğuladılar ki, Şapps hətta onların xüsusi WhatsApp hərbi müzakirə qrupunun üzvü deyil. Kral Silahlı Qüvvələrinin mənbələri də Şappsın təyinatını “təəccüblü” adlandırıb.

Mənbə: A Haber

Oxşar xəbərlər