Ukrayna Silahlı Qüvvələrinin Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərindən Rusiyanın dərinliklərinə zərbə endirmək üçün istifadəyə icazə verməsi vəziyyəti Birləşmiş Krallıq üçün daha təhlükəli etmir, çünki London həmişə “münaqişənin önündə” olub.
Bu barədə Sky News yazır.
Materialda qeyd olunur ki, münaqişənin başlanğıcından Böyük Britaniya Ukraynaya hərbi yardım göstərməkdə mühüm rol oynayıb. Mətndə deyilir ki, “Storm Shadow”dan istifadəyə icazə vermək vəziyyəti əvvəlkindən daha təhlükəli etmir, çünki London artıq münaqişənin ön xəttindədir.
Müəlliflər deyirlər ki, ölkə rəhbərliyi bu məsələni ölçüb-biçdi və belə qənaətə gəldi ki, “çox fərq yoxdur – Rusiyadan gələn ritorika həmişə eyni olacaq”.