Britaniyada Qərb xüsusi təyinatlılarının Ukraynada olmasından danışdılarbackend

Ukraynada Qərb xüsusi təyinatlıları var. Bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti adının açıqlanmasını istəməyən avropalı yüksək rütbəli hərbçiyə istinadən yazır.

“Hər kəs bilir ki, Ukraynada Qərb xüsusi təyinatlıları var, onlar bunu rəsmi olaraq açıqlamayıblar”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrindən Ukraynaya qoşun yeritmək mümkünlüyü ilə bağlı son bəyanatı Rusiya Federasiyası ilə münasibətlərdə “çəkindiricilik və qeyri-müəyyənlik yaratmaq” məqsədi daşıyır.

Mənbə: Financial Times