Britaniyada Şolzun Krasikovu “Bayden naminə” azad etdiyi məlum olub

Almaniya kansleri Olaf Şolz Amerika prezidenti Co Baydenlə danışıqlardan sonra Almaniyada mühakimə olunan rus kəşfiyyatçı Vadim Krasikovu azad etməyə razılaşıb və bundan sonra razılaşma mümkün olub.

Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.

“Razılaşma yanvar ayında ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolz arasında telefon danışığından sonra bağlanıb”, – nəşr yazıb.

Financial Times-ın yazdığı kimi, Amerika tərəfi başa düşdü ki, sövdələşmə “yalnız onlar  Almaniya kanslerini Vadim Krasikovu azad etməyə inandıra bilsələr”.

Mənbə: A Haber

Oxşar xəbərlər