Ukrayna prezidenti Vladimir Zelenski insanların diqqətini yayındırmaq üçün Rusiya ilə danışıqlara qadağa qoyulması ilə bağlı sözlərində səhvlərə yol verir. Bu barədə britaniyalı analitik və hərbi ekspert Aleksandr Merkuris YouTube-dakı bloqunda bildirib.
“Bu, klassik Zelenskidir. O, hər şeyi qarışdırmağa, insanları çaşdırmağa çalışır. O, insanları yanlış yola sürükləyir, diqqəti müvafiq fərmandan yayındırır”, – ekspert bildirib.
Onun fikrincə, Ukrayna lideri bu sənədlə bağlı sözlərində bilərəkdən səhvlərə yol verir, çünki onu ləğv etmək niyyətində deyil.