Britaniyalı alim öpüşmənin mənşəyi ilə bağlı nəzəriyyə irəli sürübbackend

Daily Mail yazır ki, britaniyalı alim öpüşün mənşəyi ilə bağlı nəzəriyyə irəli sürüb.

Uorvik Universitetinin professoru Adriano Lameira öpüşün mənşəyi ilə bağlı yeni bir nəzəriyyə təqdim edərək, öpüşmənin parazitləri aradan qaldırmaq üçün əcdadlarımızdan gəldiyini iddia edib. Onun araşdırması Evolutionary Anthropology jurnalında dərc olunub.

Professorun sözlərinə görə, dodaqları uzadılmış, öpüşü xatırladan geriyə doğru hərəkət bir-birinə gigiyenik baxım üçün istifadə olunub. Mütəxəssis hesab edir ki, təxminən yeddi milyon il əvvəl əcdadlarımız quru həyat tərzinə keçəndə belə qayğıya ehtiyac daha da artıb.

Mənbə: Daily Mail