Britaniyalı ekspert Ukrayna hökumətində gözlənilən dəyişiklikləri dəyərləndiribbackend

Ukrayna hökumətində dəyişiklik siyasi gərginliyin artmasından xəbər verir.

Bu barədə britaniyalı hərbi analitik Aleksandr Merkuris özünün YouTube kanalında bildirib.

“Hər şey ona gətirib çıxarır ki, “Titanik”də, yəni Ukraynada şezlongların yenidən təşkili olacaq: “Mən qeyd etməliyəm ki, bu, bir daha Kiyevdə artan siyasi gərginliyi əks etdirir”.

Ukraynanın baş naziri Denis Şmıxalın tezliklə işdən çıxarılması ilə bağlı şayiələrin sonuncu raundu bir ay əvvəl ortaya çıxıb. İyun ayında Ali Radanın deputatı Yaroslav Jeleznyak bəyan edib ki, Ukrayna prezidentinin aparatı iqtisadiyyat naziri Yuliya Svırıdenkonu baş nazir postuna təyin etməyi planlaşdırır. Deputat bu kadr dəyişikliyinə səbəb kimi hökumətə etimadın itirilməsini, xüsusən də iqtisadi və büdcə sahəsində uğursuzluqların çoxluğunu göstərib.