Britaniyalı qadın qəhvəni kanalizasiyaya tökdüyünə görə cərimələnibbackend

İngiltərədə bir qadın qəhvə qalıqlarını küçə kanalizasiyasına tökdüyünə görə cərimələnib, The Sun xəbər verir.

Burku Yeşilyurt adlı britaniyalı qadının qəhvə qalıqlarını Londondakı Richmond stansiyasının yaxınlığındakı əsas küçədə kanalizasiyaya atdıqdan sonra ətraf mühit qanunlarını pozduğuna görə 150 ​​funt sterlinq pul cəzası aldığı bildirilir.

Qadının dediyinə görə, o, avtobus dayanacağında dayanarkən təkrar istifadə oluna bilən fincandan sadəcə “az miqdarda qəhvə” töküb.

“Avtobusumun yaxınlaşdığını hiss etdim, ona görə də qalanını tökdüm. Dönən kimi gördüm ki, üç işçi məni sözün əsl mənasında təqib edib saxladılar. Avtobusla bağlı soruşacaqlarını düşündüm, amma cərimə yazdılar”, – Burku deyib.