“Bloomberg” xəbər verir ki, Böyük Britaniyanın baş naziri Key Starmer Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmədiyini bildirib.
O, bu barədə jurnalistlərin Hindistanın baş naziri ilə Rusiya lideri arasında telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Starmer Putinə heç bir təbrik göndərmədiyini vurğulayaraq, bununla bağlı onunla əlaqə saxlamadığını qeyd edib.
Serbiya prezidenti Aleksandr Vuçiç də Rusiya liderini təbrik edə bilməyib. Artıq ikinci ildir ki, Serbiya lideri həmkarını təbrik etmir.