Milli.Az Sky News-a istinadən bildirir ki, Böyük Britaniyanın Suindon şəhərindəki sənaye məhəlləsindəki anbarda partlayış baş verib.
Sentyabrın 24-də yerli vaxtla saat 19:30 radələrində Groundwell Sənaye Məhəlləsinə təcili yardım çağırılıb. Hadisə yerində yanğınsöndürənlər, polis və təcili yardım briqadaları işləyir. Wiltshire polisi “ətrafdakı ərazidə evakuasiya səylərinin” davam etdiyini bildirib. Xəsarət alanlar barədə məlumat verilmir.
Sentyabrın 15-də Böyük Britaniya hökuməti şəhərdə ölkənin ən böyük dron istehsalı müəssisəsini tikmək planlarını açıqladı. Obyektin gələn il açılması və “Suindonu Böyük Britaniyanın dron istehsalının mərkəzinə çevirməsi” planlaşdırılır.