Britaniyanın Jaguar brendi İngiltərədə avtomobil satışını dayandırıbbackend

Jaguar avtomobil markası öz daxili bazarı olan Böyük Britaniyada yeni avtomobillərin satışını dayandırıb.

Bu barədə “Motor1” məlumat yayıb.

Brendin “yenidən ixtirasının” bir hissəsi olaraq Jaguar yalnız elektrik avtomobilləri istehsal etmək niyyətindədir, lakin yeni model seriyası hələ hazır deyil. Nəticədə, Jaguar F-Pace-in satışı dayandıqdan sonra İngiltərədə yeni Jaguar almaq mümkünsüz oldu. E-Pace, XE, XF və F-Type modellərinin istehsalı daha əvvəl dayandırılmışdı.

Jaguar özü təsdiqlədi ki, 2024-cü ilin noyabrından etibarən Böyük Britaniyada hazırkı model seriyalı avtomobillərin satışını və paylanmasını dayandıracaq. Bununla belə, bu avtomobillərin Böyük Britaniyadan kənarda satışı davam edir. Yeni Jaguar seriyasının ilk modeli Böyük Britaniya bazarına 2026-cı ildə çıxacaq.