Daily Star qəzetinin verdiyi məlumata görə, British Airways şirkətinin Londondan Aberdinə uçan reysindəki sərnişinlər uçuşun ortasında kabinədən çıxan qatı tüstüdən sonra dəhşətə gəliblər.
Şahidlərin sözlərinə görə, tüstü o qədər qatı olub ki, pilotlar oksigen maskaları taxmağa, təcili vəziyyət elan etməyə və Londona qayıtmağa məcbur olublar.
“Bu, dəhşətli idi. Sərnişinlər ən pisindən qorxurdular, amma pilotlar əsl qəhrəmanlar idilər”, – deyə şahid bildirib.















