Martın 9-da Brüsseldə Türkiyə, Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı nümayəndə heyətlərinin görüşü keçiriləcək.
İctimai.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi brifinqdə deyib.
“Görüş Brüsseldə baş tutacaq, beləliklə, NATO bütün prosesi və bu ölkələrin (İsveç və Finlandiya) öz öhdəliklərini yerinə yetirdiyini görəcək.
İsveç və Finlandiyanın iştirakı ilə daimi mexanizmin üçüncü iclası martın 9-da baş tutacaq”, – Çavuşoğlu paylaşıb.
Mənbə: RİA Novosti
İctimai.az

