Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Bu barədə DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, fəaliyyətin dayandırılması mərkəzdə kiçik təmir işlərinin aparılması ilə bağlıdır.
“Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər” ,- deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən gün saat 16:30 radələrində Abşeron DOST Mərkəzində yanğın baş verib.