Bu ərazilərdə qaz olmayacaqbackend

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar aprelin 8-i saat 10:00-dan etibarən işlər yekunlaşana qədər qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.