Bu gün Azərbaycan Prezidenti bütün dünyada öz vədlərinə sadiq qalan, qarşısına qoyduğu hədəflərə çatmağı bacaran bir lider kimi tanınırbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Daha sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirdi.

Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.

Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı.

Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.

Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.

Şuşanı – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.

Azərbaycan xalqının böyük əksəriyyəti noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq.

Bu illər ərzində hazırda artıq tarixə qovuşmuş  Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki,  Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu  bu sənədlərdə öz əksini tapıb. Azərbaycanın döyüş meydanında qələbəsində bu illər ərzində yaradılan möhkəm hüquqi bazanın rolu inkaredilməzdir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.

Bu gün Azərbaycan Prezidenti bütün dünyada öz vədlərinə sadiq qalan, qarşısına qoyduğu hədəflərə çatmağı bacaran bir lider kimi tanınır. Qarabağın Ermənistanın işğalından və erməni separatçılarından azad edilməsi, Azərbaycan Bayrağının Xankəndidə ucaldılması da 20 il əvvəl vəzifəyə gəldiyi gündən onun bir nömrəli hədəfi olub. Və budur, Azərbaycan xalqının onilliklər ərzində olan arzusu nəhayət ki, çin oldu. Dövlətimizin başçısının bəyan etdiyi kimi biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında.
Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Biz həqiqətən də bu Qələbəyə layiqik və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında ucaltdığı üçrəngli Azərbaycan bayrağının bir daha heç vaxt enməyəcəyinə bütün varlığımızla əminik. Mən bu şanlı tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını, Ordumuzu, Liderimizi və Baş sərkərdəmizi ürəkdən təbrik edirəm:
Güclü Azərbaycanın, Qalib Azərbaycanın vətəndaşı olmaq həqiqətən də əvəzsiz bir qürur mənbəyidir.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri