Bu gün Azərbaycan Qran-prisində son sessiyalar baş tutacaq.
İctimai.az bildirir ki, bu gün Bakıda 2 sessiyanın keçirilməsi nəzərdə tutulub.
Əvvəlcə saat 11:00-da “Formula-2” seriyasının gənc sürücüləri əsas yarışın startına çıxacaqlar. Saat 15:00-da isə dünyanın ən sürətli pilotları “Formula-1” üzrə dünya çempionatının Azərbaycan mərhələsinin qalibi adı uğrunda mübarizəyə başlayacaqlar.