Bu gün hökumət deputatlara hesabat verəcəkbackend

Bu gün Milli Məclisin növbəti iclasıdır.

İctimai.az-ın məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatı dinləniləcək. Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcəyi gözlənilir.

Bundan əlavə iclasda Hesablama Palatasına sədr müavini və auditorlar təyin olunacaq.

Nəsir Sadıqovun Hesablama Palatasının sədr müavini, Cavid Bayramov, Hilal Hüseynov və Vəfa Mütəllimovanın Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunur.