Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcəkbackend

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək.

İctimai.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanlarda ümumilikdə 47 520 abituriyentin iştirakı nəzərdə tutulur.

Bu gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.