Bu gündən paytaxtda uşaq bağçaları fəaliyyətə başladıbackend

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən 1 oktyabr tarixindən Bakı şəhəri üzrə dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib və müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq bu gün səhərdən artıq uşaq bağçaları fəaliyyətə başlayıblar.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olacaq.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilib, həmçinin video konfrans fomatında müşavirələr keçirilərək bağça müdirlərinə lazımi təlimatlar verilib.

İctimai.az