Bu il Azərbaycanda iki bankın ləğv prosesinin yekunlaşması gözlənilirbackend

Bu il ləğvetmə prosesində olan “Borçalı” Kommersiya Bankı (KB) və “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesinin tamamlanması gözlənilir.

Bu barədə “Report”a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov deyib.

“Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı artıq müvafiq məhkəməyə müraciət etmişik. “Azərbaycan Kredit Bankı” ASC ilə bağlı ləğv prosesinin yekunlaşdırılmasına dair ərizə isə qısa müddət ərzində məhkəməyə təqdim ediləcək. Bu banklarla bağlı bütün proseslər bitib, öhdəliklər tam icra olunub və bu il artıq ləğv prosesində olan bankların sayının 19-a düşəcəyini gözləyirik”, – deyə A.Cahangirov əlavə edib.