Bu il Cəbrayıl şəhərində onlarla yaşayış binasının təhvil verilməsi planlaşdırılırbackend

“Bu il ərzində Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır”.

Bunu “Report”a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O əlavə edib ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç nəzərdə tutulur:

“Hazırda Cəbrayılın Şükürbəyli kəndində, Qubadlı rayonunun Zilanlı və Mahruzlu kəndlərində, Zəngilanın şəhər mərkəzində böyük tikinti işləri aparılır”.