Bu şəxslər toylarda iştirak edə bilər – Açıqlamabackend
Azərbaycanda COVİD pasportu və immunitet sertifikatı almış şəxslərin gedə biləcəkləri məkanlar məlum olub.
AZXEBER.COM xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, həmin şəxslər toylara, teatr, kinoteatr və şənlik məkanlarına maneəsiz giriş edə biləcəklər.