Bu tarixlərdə “ASAN xidmət” və “ASAN Kommunal” fəaliyyət göstərməyəcək backend

 “ASAN xidmət” və “”ASAN Kommunal” 24-30 may tarixləri arasında fəaliyyət göstərməyəcək. 

Bu barədə İctimai.az-a Agentlikdən məlumat verilib

Ramazan bayramı və 28 May – Respublika Günü ilə əlaqədar 24-30 may tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri – iş günüdür.

31 may tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günü dür.

İctimai.az