Bu xəstəlik koronavirusdan beş dəfə sürətlə yayılırbackend

“Peyvənd etməyi dayandırsanız, qızılca dünyada koronavirusdan daha ağır, ölümcül epidemiyaya səbəb olar”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri şöbəsinin müdiri, professor Mehmet Ceyhan deyib.

Onun sözlərinə görə, qızılca xəstəliyi yeni koronavirusa nisbətən beşqat daha yoluxucudur.

Həkim su çiçəyinin də qızılca ilə müqayisədə beş dəfə daha çox yoluxma ehtimalı olduğunu qeyd edib.

O, valideynləri uşaqlarını vaxtında xəstəliklərə qarşı peyvənd etdirməyə çağırıb.

İctimai.az