Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, Rusiya layihəsi çərçivəsində “Paks 2” AES-in tikintisi plana uyğun gedir. Bu barədə TASS məlumat yayıb.
Szijarto xatırladıb ki, iki yeni atom enerji blokunun faktiki tikintisi avqust ayında başlayıb. Artıq bünövrə çuxurunu qrunt sularından qorumaq üçün sızma əleyhinə pərdə quraşdırılıb, beşinci və altıncı bloklar üçün ərazidə qruntun möhkəmləndirilməsi işləri aparılır. Hazırkı plana görə, ilk beton 2025-ci ilin əvvəlində, bəlkə də bu ilin sonunda töküləcək.
Nazir vurğulayıb ki, ilk betonun tökülməsi AES-in tikintisində həmişə dönüş nöqtəsidir. Bu, investisiyaların daha da əhəmiyyətli bir mərhələyə keçdiyi zamandır.
Mənbə: TASS